Qubada müasir texnologiyalarla təchiz ediləcək yeni aeroport tikiləcək
Qubada müasir texnologiyalarla təchiz ediləcək yeni aeroport tikiləcək. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yeni hava limanı Qubanın Dəlləkkənd, Ağbil və Vladimirovka kəndlərini əhatə edəcək ərazilərə düşür.
Qudyalçayın sağ sahilində tikiləcək müasir standartlara uyğun hava limanı şimal rayonları və qonşu Rusiya üçün daha əlverişli olacaq. Bu aeroport o qədər böyük olacaq ki, 600 hektar əraziyə artıq mütəxəssislər tərəfindən baxış keçirilir.
Həmin ərazilərdə torpaq nümunələri alınaraq ekspertizaya göndərilib. Bir neçə gündür ki, Qubaya səfərə gələn mütəxəssislər artıq Qubanın bir neçə kəndini əhatə edən böyük bir ərazidə baxış keçirir və özüllər qazılır. Yeni tikiləcək hava limanı Qubanın çaykənarı və bağ sahələrini də əhatə edəcək. Bağbanların 600 hektardan çox bağ və əkin sahələri də həmin ərazilərə salınıb.
Quba Rayon İcra Hakimiyyətinin 1-ci müavini Yusif Abidov bildirir ki, bu layihənin çoxdandır ki, şimal bölgəsində harda tikiləcəyi bəlli deyildi. İndi artıq yeni hava limanının Quba ərazisində olacağı təsdiqlənib.
Paytaxtdan mütəxəssislərin də dəvət olunduğunu bildirən RİH-nin müavini onu da əlavə edib ki, bu hava limanı şimal bölgəsi üçün həm turizm baxımından və həm də xarici sərmayələrin yatırılması baxımından Quba üçün böyük iş yerlərinin açılması deməkdir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL