waplog

“Microsoft” şirkəti Afrika kəndlərini internetlə təmin edəcək


“Microsoft” şirkətinin Keniyanın İnformasiya və Kommunikasiya Nazirliyi, həmçinin “Indigo Telecom” yerli internet provayderi ilə birgə həyata keçirməyə başladığı təcrübənin məqsədi kənd sakinlərini internetlə təmin etməkdir. Keniya vətəndaşlarının yalnız 2%-i daimi genişzolaqlı kanal vasitəsilə internetə çıxış imkanına malikdirlər.

Ölkənin ucqar rayonlarında elektrik və mobil rabitənin olmaması problemi daha da dərinləşdirir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Microsoft” şirkəti təxminən 600 MHz diapazonda istifadə olunmayan “ağ” televiziya tezliyi spektrində siqnalı ötürməklə və siqnalı televiziya tezlikləri vasitəsilə qəbul edən və “Wi-Fi” üzrə paylayan avadanlıqdan istifadə hesabına problemi həll edib.

Enerjinin yaradılması üçün kənd məktəbinin damına sahəsi 7 kvadratmetr olan günəş panelləri quraşdırılıb və o, gün ərzində təxminən 4500 vt/saat enerji hasil edir ki, bu da modem və “Windows 8” əməliyyat sistemi ilə işləyən planşetlərin enerji ilə doldurulması üçün kifayətdir.

Keniyada sınaqdan keçirilmiş təcrübə “Microsoft4Afrika Initiative” adlanan böyük layihənin bir hissəsidir və onun məqsədi Afrikanın dünya arenasında rəqabət qabiliyyətini artırmaqdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL