Onun da hədəfi “iPhone”-u ötməkdir
"Windows Phone" (WP) mobil əməliyyat sistemi ilə işləyən smartfonların tədarük həcmi dünyanın 7 ölkəsində "iPhone" aparatlarının tədarük həcmini ötüb. Bu barədə "Microsoft"un korporativ kommunikasiyalar üzrə vitse-prezidenti Frank Şou rəsmi bloqunda bildirib.
"Bir sıra ölkələrin bazarında "WP" platformasının payı 10 faiz səviyyəsinə çatmağa müvəffəq olub. "WP" ilə işləyən smartfonlar tədarük həcminə görə "Blackberry" aparatlarını 26, "iPhone"-u isə 7 ölkənin bazarında ötməyə nail olub. "IDC" analitik şirkətinin hesabatında bunu aydın görmək olar", - deyə Şou bildirib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yuxarıda sözügedən ölkələrə Argentina, Hindistan, Rusiya, Polşa, Ukrayna və Cənubi Afrika Respublikası daxildir.
"IDC"-nin hesabatına əsasən, 2012-ci ildə "Windows Phone"-nun bazar payı 2.6% olub. O, hələ ki rəqiblərindən çox geri qalır. Lakin tədqiqat şirkətinin analitiklərinin proqnozuna əsasən, 2016-cı ilədək "WP"-nin bazar payı 11.4% olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL