Azərbaycanda artıq 25 turistik şirkət elektron vizalar təqdim edir
Azərbaycanda artıq xarici vətəndaşlara elektron vizaların təqdim edilməsi üzrə xidmətlər göstərilir.
Azərbaycan Turizm Assosiasiyasından (AZTA) “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda bu xidmətlər pilot layihə çərçivəsində göstərilir.
“Bu gün xarici vətəndaşların Azərbaycana daxil olması üçün nəzərdə tutulan e-vizaları ölkənin 25 turistik şirkəti təqdim edir. Xidmətin əhatə dairəsinin genişləndirilməsi haqda hazırda heç bir məlumat verə bilmərik. Gələcəkdə bu xidmətləri bütün turistik şirkətlərin göstərəcəyi ehtimal edilir”,- deyə AZTA-dan bildiriblər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL