waplog

Azərbaycanın milli su operatorunun tətbiq etdiyi sistem beynəlxalq konfransda nümunə kimi nümayiş etdiriləcək


"Bentley Systems" şirkəti aprelin 17-də Moskvada keçiriləcək İkinci illik konfransında "Azərsu"da tətbiq etdiyi layihənin təqdimatını keçirəcək.

"ICTnews" xəbər xidmətinin şirkətin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, tədbirdə beynəlxalq innovativ layihələr müsabiqəsi "BeInspired"in qalibi olan Azərbaycanın Milli su təminatçısı olan "Azərsu"nun nümayəndəsinin çıxışı gözlənilir.

Şəhər infrastrukturunun və ətraf mühitin vəziyyətinin idarə edilməsi üçün nəzərdə tutulmuş layihənin təqdimatında "Azərsu"nun nümayəndəsi konfrans iştirakçılarına 7 ay ərzində 800 min dollar vəsaitə necə qənaət etdiyi, bununla yanaşı, kartların və effektiv planlaşdırma, istehsal, istismar və qəzalı vəziyyətlərin qarşısını almaq üçün digər məlumatların təhlükəsizliyini necə təmin etməsi haqda məlumat verəcək.

Şirkətin məlumatına əsasən, "Azərsu" yeni "Bentley OpenPlant V8i" – sənaye layihələndirmə həllini tətbiq etməklə bütün bunlara nail olub.

Tədbir çərçivəsində şirkət digər uğurlu layihələri haqqında da məlumat verəcək. Qeyd edək ki, şirkət son illər ərzində Azərbaycanda fəaliyyətini aktivləşdirib, və artıq ölkənin bir sıra yol-nəqliyyat sahəsində fəaliyyət göstərən özəl şirkətləri onun məhsullarından effektiv istifadə edir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL