waplog

BTİ-nin 2013-cü ildən gözləntiləri


Telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə vəziyyətə dair yeni informasiya təqdim edən "BTİ xəbərləri" jurnalı ilk dəfə olaraq üç məşhur analitik şirkətin ("Analysys Mason", "Deloitte" və "Informa Telecoms & Media") konkret proqnozlarını dərc edib.

"Analysys Mason"

"LTE" standartının tətbiq edilməsinə baxmayaraq, onun təsir imkanları 2014-cü ilədək məhdud olaraq qalacaq: 2013-cü ildə "LTE" standartlı rabitə artıq bir sıra ölkələrdə kommersiya həlli kimi tətbiq ediləcək, lakin yaxın bir il ərzində onun iqtisadiyyata təsiri məhdud səviyyədə olacaq. Bır sıra Avropa ölkələri və Latın Amerikasının formalaşmaqda olan bazar iqtisadiyyatına malik ölkələri, həmçinin Cənub-Şərqi Asiya ölkələri "LTE" standartlı rabitəni tətbiq etməyə qərar veriblər. Bir sıra inkişaf etmiş ölkələr, həmçinin "LTE-Advanced" standartlı rabitəni sınaqdan keçirməyə başlayacaqlar.

Sosial şəbəkə xidmətlərinin nəhəngləri internet protokoluna (IP) əsaslanan mesajlarla mübadilə xidmətlərinə qarşı təzyiqi davam etdirəcəklər: 2012-ci ildə operatorlar təkmilləşdirilmiş telekommunikasiya xidmətlərinin genişləndirilmiş dəsti (RCS), daha sonra "Over-the-top" (OTT) texnologiyası üzrə bir sıra xidmətləri tətbiq etməklə qısa mesaj xidmətlərinin (SMS) "məhv edilməsinə" dəstək vermiş oldular. Yaxın bir il ərzində sosial şəbəkə xidmətlərinin nəhənglərinin bu bazara daxil olması ilə rəqabət güclənəcək.

"Analysys Mason" şirkətinin proqnozuna əsasən, qarşıdakı 4 il ərzində Avropa operatorlarının mesajlarla mübadilə xidmətlərindən əldə etdikləri gəlirin həcmi 34% azalaraq 18.6 milyard avro təşkil edəcək.

"LTE ilə ötürülən səs" texnologiyasının investisiya cəlbediciliyi diqqət mərkəzində olacaq: 2012-ci ildə "LTE ilə ötürülən səs" texnologiyası (VoLTE) əsasında işləyən ilk xidmətlər yaranıb. Bu iş hələ ki geniş kommersiya həllinə gedib çıxmasa da, operatorlar öz səsli rabitə xidmətlərinin gələcəyi haqqında mühüm qərarlar qəbul etməli olacaqlar.

Smartfonların nüfuzetmə səviyyəsinin artım tempi nəzərəçarpacaq dərəcədə azalacaq: Smartfon bazarı inkişaf etməyə davam edəcək, lakin onun artım tempi əvvəlki illərlə müqayisədə xeyli aşağı olacaq. 2013-cü ildə dünyada tədarük edilmiş smartfonların sayı ötən illə müqayisədə 178 milyon artaraq 869 milyon təşkil edəcək.

Proqnoza əsasən, yaxın bir il ərzində həm "Android", həm də "iOS" platformasının payı bir qədər (56,4-dən 58,1%-dək və 21,5-dən 22%-dək) artacaq.

"Deloitte"

LTE texnologiyasından istifadənin əhatə dairəsi genişlənəcək: 2013-cü ildə "LTE" texnologiyasından istifadə daha da genişlənəcək. Abunəçilərin bazası 3 dəfə artacaq və ilin sonuna yaxın 200 milyon olacaq.

LTE texnologiyasından istifadənin əhatə dairəsinin genişlənməsi inqilabi deyil, təkamül kimi qiymətləndiriləcək; abunəçilərin "3G"-dən LTE-yə keçməsinin əsas faydası, güman ki, mövcud tətbiqlərin məhsuldarlığının artması olacaq.

Planşetlər sayəsində mobil qurğuların displeyində göstərilən reklam inkişaf edəcək: Mobil qurğularda (planşet, smartfon və genişləndirilmiş funksiyalara malik telefon) reklamın həcmi 50% artaraq 9 milyard ABŞ dolları olmalıdır. 2013-cü ildə smartfon sektoru 4,9 milyard ABŞ dolları, planşetlərin displeyində göstərilən reklam isə 3.4 milyard ABŞ dolları qazandıra bilər.

2013-cü ildə ilk dəfə olaraq 1 milyard smartfon tədarük oluna bilər. Lakin smartfonlardan istifadə öz müxtəlifliyi ilə seçiləcək, bu halda daha çox smartfon sahibləri nadir hallarda öz qurğularını məlumatların ötürülməsi şəbəkələrinə qoşacaq və ya ümumiyyətlə, qoşmayacaqlar.

Fərdi kompüter (FK) dövrü bitməyib, lakin onun uğuru qurğuların sayı ilə deyil, şəbəkə resurslarına giriş üçün istifadə ilə ölçüləcək: 2013-cü ildə fərdi kompüter, planşet və smartfonların ümumi satış həcminin təxminən beşdə bir hissəsi FK-nın payına düşəcək. Lakin internetdə bitlə ölçülən trafikin 80%-dən çoxu əvvəlki kimi ənənəvi FK (masaüstü kompüter və noutbuklar) tərəfindən yaradılacaq.

Televiziya sektoru 4K televiziya növünə ciddi hazırlaşmağa başlayacaq: Adıçəkilən HD formatlı yeni televiziya növü cari ən mükəmməl yüksəkdəqiqlikli televiziya ilə müqayisədə 4 dəfə artırılmış dəqiqlik "qabiliyyətini" təmin edir, lakin 4K formatının tam tətbiqinə illər lazım olacaq. 2013-cü ildə 4K formatında radioveriliş yayımı ümumiyyətlə, olmayacaq. Müvafiq məzmun hələ ki yoxdur.

Şirkətlər korporativ sosial şəbəkələr üzərində təcrübələr apara bilər: 2013-cü ilin sonunda "Fortune 500" siyahısına daxil olan şirkətlərin 90%-dən çoxu qismən və ya tamamilə korporativ sosial şəbəkələr tətbiq edəcəklər ki, bu da 2011-ci illə müqayisədə 70% çoxdur. Orada qeydiyyatdan keçmiş istifadəçilərin yalnız 33%-i məzmunu həftədə 1 dəfə və ya tez-tez oxuyacaq və onların 40%-i korporativ sosial şəbəkədə ay ərzində orta hesabla bir post dərc edəcəklər.

"Fortune 500" siyahısındakı şirkətlərin 50%-i əməkdaşlarına iş prosesində onlara məxsus şəxsi kompüterlərdən istifadəyə icazə verəcək.

"Informa Telecoms & Media"

"Wi-Fi" öz uğurunun "qurban"ı olacaq: Operatorların ümumi istifadə edilən "Wi-Fi" şəbəkələrinə qarşı münasibəti mənfiyə doğru dəyişəcək, çünki son istifadəçi üçün pulsuz "Wi-Fi" şəbəkələrinin əlçatanlığının artması genişzolaqlı mobil rabitənin biznes modelini qiymətdən salır.

Mobil rabitə operatorları buna cavab olaraq öz mobil rabitə şəbəkələrinin üstünlüklərini daha dəqiq ifadə edəcəklər, lakin bu tendensiyanın yan keçdiyi digərləri ümumi istifadə edilən "Wi-Fi" şəbəkələrinə investisiyaları 2 dəfə artıracaqlar ki, bundan sonra da "Wi-Fi" şəbəkələrinin pula çevrilməsini və populyarlığını qoruyub saxlasınlar.

Məzmun tədarükçüləri infrastruktura investisiya yatırmağa davam edəcəklər: 2013-cü ildə "Google", "Netflix" və digər şirkətlər öz infrastrukturunun əhatə dairəsini genişləndirmək üçün irihəcmli sərmayələr yatırmağa davam edəcəklər.

Subsidiyalar "mikroskop altında" araşdırılacaq: 2012-ci ildə Avropada telefonların maliyyələşdirilməsi sxemləri təsdiq edilib və 2013-cü ildə dünyada daha da populyarlaşacaq.

Lakin subsidiyaların azaldılması və qurğuların ənənəvi pərakəndə satış üsullarında dəyişilmə operatorlara baha oturacaq. Ənənəvi və "Amazon" kimi pərakəndə satış üzrə internet mağazalar qurğu satışlarının ənənəvi modellərini məhv etmək üçün öz təşəbbüslərinin həyata keçirilməsini sürətləndirəcəklər.

Operatorların kanalları üzrə satılan qurğuların payının azalması internet və platforma sahibləri ilə operatorlar arasında danışıqlar masası arxasında güc tarazlığının daha da pozulmasına səbəb olacaq.

Emil Hüseynov

emilhuseynov86@gmail.com


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL