Mobil qurğularda real vaxt rejimində “HD” formatlı daha keyfiyyətli videogörüntüyə baxmaq olacaq
Müasir mobil qurğuların məhsuldarlığı durmadan artır, eyni zamanda onların funksional imkanları da təkmilləşdirilir. Lakin telefon və ya planşet kompüterdə internet üzərindən “HD” formatında filmə baxmaq kifayət qədər vaxt alır, çünki müasir mobil “Wi-Fi”-ın və ya mobil ötürücü aparatların gücü hələ zəifdir.
Bundan başqa, müasir 2.4 və ya 5 QHs-lik “Wi-Fi” diapazonlar getdikcə daha da yüklənir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, baxdığımız vəziyyətdə çıxış yollarından biri kimi əvvəllər daha sürətli lisenziyasız 60 QHs-lik diapazondan istifadə etmək təklif edilmişdi. Hazırda bazarda artıq bu diapazonla işləməyə imkan verən ilk stasionar qurğular mövcuddur.
Lakin 60 QHs-lik diapazon xeyli enerji sərf etdiyindən indiyə kimi mobil qurğularda prioritet sayılmırdı. Lakin Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun alimləri mobil qurğularda istifadəyə yararlı 60 QHs-lik çip hazırlayıblar. Adıçəkilən çip tamamilə mobil telefonun “SoC” sisteminə inteqrasiya edilə bilər və cəmisi 67 millivatt (göndərilmə üçün 31 və qəbul üçün 36) enerji sərf edir.
Məlumat üçün qeyd edək ki, əvvəlki 60 QHs-lik çiplər 400-500 millivatt enerji sərf edir. Yeni yaradılmış çipin sahəsi təxminən 2 kvadrat millimetr, antenanın ölçüsü isə 4x5 mm təşkil edir. İstehsalçıların sözlərinə görə, yeni çip sınaq zamanı 10,7 Qbit/s səviyyəsində məhsuldarlıq göstərib ki, bu da mobil qurğulardan real vaxt rejimində “HD” formatlı video göndərməyə imkan verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL