Koreya jurnalında Azərbaycanda İKT sahəsində həyata keçirilən işlər işıqlandırılıb
Azərbaycan iqtisadiyyatı və ölkədə keçirilən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı həyata keçirilən işlər barəsində Koreyanın akademik jurnalında məqalə nəşr edilib.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) məlumat verilib. Məlumatda bildirilir ki, sözügedən məqalənin müəllifi SAM-ın şöbə müdiri Vüsal Qasımlıdır.
Şöbə müdiri "Journal of Central Asian Economies" akademik jurnalında işıq üzü görən məqaləsində "Azərbaycan iqtisadiyyatının modernizasiyası" (Modernization of Azerbaijani Economy) başlığı altında ölkəmizin əldə etdiyi bir sıra nailiyyətlərdən bəhs edib.
Müəllif Azərbaycan iqtisadiyyatında modernləşdirmə siyasətini sistemli şəkildə təhlil edərək uğurlu nəticələrin olduğunu göstərib. Bu istiqamətdə xüsusilə, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və bu siyasətin ümumi daxili məhsula verdiyi töhfə qeyd edilib.
SAM-dan bildirilib ki, V.Qasımlının məqaləsi Azərbaycanda İKT sahəsində qazanılan uğurların dünya elmi dairələrinin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, elmi əsərin çap olunduğu jurnal Koreya-Mərkəzi Asiya İqtisadi Assosiasiyası tərəfindən ildə iki dəfə ingilis, Koreya və rus dillərində nəşr edilir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL