waplog

Bu gündən mobil qurğuların “IMEI” kodların qeydiyyat qaydalarına riayət etməyənlər cərimələnəcəklər


Azərbaycanda aprelin 1-dən etibarən “IMEI” (International Mobile Equipment Identification) kodların qeydiyyat qaydalarına riayət etməyənlər cərimələnəcəklər.

“ICTnews” xəbər xidməti bildirir ki, “IMEI” kodların qara zənbilindən olan qurğularına xidmət göstərən vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 10 min manat cərimə ediləcəklər. Bu cür hallar təkrar aşkar edildiyi halda cərimələrin məbləğı müvafiq olaraq 4 min və 20 min manatadək artır.

Mobil qurğunun “IMEI” kodunun qeydiyyat sisteminə qoşulmadığı və qurğunun sistemə uyğunlaşdırılmadığı halda vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimə ediləcəklər.

Azərbaycan Milli Məclisi tərəfindən ötən ilin dekabr ayında “IMEI” kodlar üzrə mobil qurğuların qeydiyyat sisteminin tətbiqi üzrə İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsi ilə bağlı qəbul edilən qərar bu ilin əvvəlində təsdiq edilib.

Ekspertlərin rəyinə əsasən, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən mobil qurğular, mobil rabitə operatorlarının fəaliyyətinə mənfi təsir göstərir, istifadəçilərin səhhətinə ziyan vurur ki, mobil qurğuların “IMEI” kodlarının qeydiyyat sisteminin tətbiqi bunların qarşısını almaq üçün ən effektiv tədbirlərdən biridir. Sistemə abunənin şəbəkədə mobil telefon nömrəsi (MSISDN – Mobile Station Integrated Services Digital Network), SİM-kartının seriya nömrəsi (IMSI –International Mobile Subscriber Identity) və mobil qurğunun kodu (TAC-Type Approval Code) daxil ediləcək.

Qeydiyyat üç kateqoriya üzrə aparılır– bu, ağ, qara və boz siyahılardır. Ağ siyahıya Beynəlxalq GSM Assosiasiyasının “IMEI” kodları daxildir, qara siyahıya – belə bir identifikasiya kodu olmayan qurğular daxildir. Boz siyahıya isə, ağ və qara siyahılara daxil edilməyən qurğular aid ediləcək.

Qeydiyyatı əksər hallarda mobil qurğu satıcıları və mobil qurğuların idxalı ilə məşğul olan hüquqi statusundan asılı olmayaraq digər sahibkarlar həyata keçirirlər. Bu prosedur həyata keçirilərkən mütləq uyğunluq sertifikatı təqdim edilməlidir. Mobil qurğunun qeydiyyatı olmadıqda və o qara siyahıya aid olduqda mobil operator 24 saat ərzində ondan istifadəni məhdudlaşdırmalıdır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL