waplog

Yapon alimləri ətir yayan displey istehsal ediblər


Tokio Universitetinin alimlərinin hazırladığı displey ətir yayır. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, yüklənmiş gelin displeyin kənarlarında yerləşdirilmiş dörd xüsusi dəlik vasitəsilə buxarlanması nəticəsində ətir yaranır.

Dəyişən fırlanma tezlikli ventilyatorlar ətri elə istiqamətləndirir ki, tamaşaçı ətrin ekrandakı müəyyən obyektdən gəldiyini zənn etsin.

Sözügedən displeyin yaradıcısı Haruka Maçukura gələcəkdə printerdə olduğu kimi çıxarıla bilən karticlər hazırlamağı planlaşdırır və onlar displeyə müxtəlif ətirləri “yükləməyə” imkan verəcək. Bu cür displeylərin əsas tətbiq sahəsi reklamlar olacaq. Məsələn, yoldan ötənlər reklam tabosunda göstərilən çarxdakı kofe və fastfudun ətrini hiss edə biləcəklər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL