Azərbaycanda peyk orbitlərinin və radiotezliklərin istifadəsi üzrə beynəlxalq tədbir keçiriləcək
Azərbaycanda avqust ayının birinci yarısında Regional Rabitə Birliyinin peyk orbitlərinin və radiotezlik spektrinin istifadəsinin tənzimləməsi üzrə komissiyası yanında radioyayım üzrə işçi qrupunun 2-ci iclası keçiriləcək.
"ICTnews" xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ötən ilin may ayında yaradılan işçi qrupun əsas məqsədi analitik araşdırmaların aparılması, məlumatların yığılması və sistemləşdirilməsi, təkilf və tövsiyələrin tərtib edilməsi və həmçinin televiziya və səs yayımı üzrə müasir texnologiyaların tətbiqi sahəsində birgə işlərin həyata keçirilməsidir.
Ekspertlərin proqnozlarına əsasən, analoq yayım stansiyaların işi dayandırıldıqdan sonra, yerüstü yayımın inkişafı üçün tələb olunan tezlik resursu meydana çıxacaq. Bu mərhələdə müasir və perspektivli yayım texnologiyalarının – yüksək dəqiqliyə malik televiziya, üçölçülü televiziya, xətsiz televiziya, multimedia üzərindən yayımın tətbiqi labüddür.
OLED texnologiyalarının inkişafı ilə 2020-ci ilədək böyük ölçülü ekranlardan daha çox istifadə ediləcək və onlar üçün müvafiq ölçülü həllər tələb olunacaq.
Gələcəkdə isə, 2025-ci ildən sonra, daha da yüksək dəqiqlik standartı tətbiq ediləcək, bu da öz növbəsində yeni yayım formatının təşkilini zəruri edəcək.
Bu standartlarda yerüstü televiziya yayımının təşkili məqsədi ilə 694-790 MHz və 790-862 MHz tezliklərinin bütövlükdə və ya bir hissəsinin azad edilməsi nəzərdə tutulur.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL