Azərbaycan mobil rabitə operatorları şəbəkələrində elektron imzanın identifikasiyası üzrə xidmətlərin rentabelliyini müəyyən edirlər
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) mobil rabitə operatorları ilə mobil imzanın tətbiqi mövzusunda aktiv danışıqlar aparır.
MHM-dən "ICTnews"a verilən məlumata əsasən, hazırda danışıqların əsas mövzusu məsələnin texniki tərəfi ilə yanaşı, maliyyə tərəfinin müəyyən edilməsidir. "Biz "Azerfon", "Azercell Telekom" və "Bakcell" şirkətləri ilə mütəmadi olaraq danışıqlar aparırıq. Hər üç operator öz şəbəkəsində mobil imzanın identifikasiyasını təşkil etmək niyyətindədir. Lakin özəl şirkətlər ilk növbədə hər bir xidmətin rentabelliyi ilə maraqlanırlar. Mobil operatorlar hazırda bu növ xidmətlər göstərilərkən operatora ödənilən komissiyanın və ya tarifin məbləğini müəyyən etmək məqsədi ilə beynəlxalq təcrübəni öyrənirlər", - deyə MHM-də bildiriblər.
Qeyd edək ki, Rusiyada mobil operatorlar üçün hər bir SİM-karta elektron imzanın yazılması xidmətinin dəyəri 10 dollaradək müəyyən edilib, abunələr üçün isə adi SİM-kartın kriptoqrafik kartla dəyişdirilməsi xidməti pulsuz göstəriləcək və ehtimal edilir ki, bu halda mobil imza SİM-kartı, abunəni daha çox operatorun şəbəkəsinə bağlayacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL