“Azerfon” yaxın zamanda MDB-də ilk “FutureLab” Mərkəzini açacaq
Azərbaycanın ilk “3G” mobil rabitə operatoru "Azerfon" şirkəti MDB məkanında ilk "FutureLab" İnnovativ Texnologiyalar Mərkəzinin yaradılması üzrə işləri davam etdirir.
"Azerfon"un media ilə əlaqələr üzrə meneceri Anar Rəhimovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, layihə çərçivəsində mütəmadi olaraq görüşlər keçirilir.
“Hazırda layihənin texniki aspektləri müzakirə olunur, mütəmadi olaraq müvafiq görüşlər keçirilir. May ayının sonunda layihənin həyata keçirilməsi üzrə işlərin gedişatı və mərkəzin istifadəyə verilməsi ilə bağlı daha konkret məlumat təqdim edəcəyik ”, -deyə A. Rəhimov bildirib.
"FutureLab" konsepsiyalı layihələr dünyanın cəmi 5 ölkəsi, Avstraliya, ABŞ, Cənubi Koreya, Finlandiya və İspaniyada fəaliyyət göstərir və Azərbaycan bu cür layihəni MDB məkanında ilk tətbiq etmiş ölkə olacaq.
Konsepsiyanın əsas mahiyyəti ən son mobil texnologiyalar əsasında insanlar üçün innovativ həllər və elektron xidmətlər hazırlamaqdır. "FutureLab" tipli layihələr innovativ araşdırmalar profilli mərkəz rolunu oynayır.
Belə mərkəzlərə informasiya texnologiyaları (İT) üzrə gənc mütəxəssislər cəlb olunur, araşdırmalar aparılır. Sonradan ən uğurlu layihələr maliyyələşdirilir və əhaliyə təqdim olunur.
"FutureLab" layihəsi Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsinə dəstək olacaq. "FutureLab" mobil texnologiyaların Azərbaycanda həyatın müxtəlif sahələrində proseslərin səmərəliliyinin artırılmasına kömək edəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL