“Azərpoçt” yeni əməkdaşlıq əlaqələri qurub
"Azərpoçt" MMC fəaliyyət dairəsinin genişləndirilməsi istiqamətində yeni layihələrə başlayıb. Müəssisədən verilən məlumata görə, bu məqsədlə yeni müqavilələr imzalanıb.
Belə ki, aparılan danışıqların nəticəsində reklam daşıyıcılarının poçt şöbələrində yayımının təşkil olunması məqsədi ilə "Azərpoçt" MMC ilə "NLT İTŞ" MMC və "AZGOLDNET" şəbəkəsi vasitəsilə göstərilən xidmətlər üzrə ödənişlərin qəbul olunması məqsədilə "Azərpoçt" MMC ilə "AZQOLDNET" MMC arasında müqavilə imzalanıb.
Poçt Rabitəsi və kuryer xidmətlərinin göstərilməsi məqsədi ilə "İTECA CASPİAN" MMC ilə 6 saylı Poçt filialı arasında, Reklam etiketlərinin yayımının təşkil edilməsi məqsədi ilə "Azərikom" MMC ilə, poçt xidmətlərinin göstərilməsi məqsədilə isə "Pakistan Bank"ın Bakı filialı ilə 1 saylı Poçt filialı arasında müqavilə imzalanmasına nail olunub.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL