Doktorant və dissertantlar üçün informatika fənni üzrə namizədlik imtahanları artıq test üsulu ilə keçiriləcək
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) doktorant və dissertantlar üçün informatika fənni üzrə namizədlik imtahanları artıq test üsulu ilə keçiriləcək.
İnstitutdan verilən məlumata görə, bu fikri İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova Elmi Şuranın iclasında bildirib. R.Mahmudova hazırda test bazasının formalaşdırılması, proqram təminatının hazırlanması üzərində işlərin aparıldığını qeyd edib.
Onun sözlərinə görə, test tapşırıqları informatika fənninin tədrisi proqramına uyğun olaraq hazırlanır və proqram 3 hissədən - nəzəri, praktiki və ixtisas istiqamətləri üzrə mövzulardan ibarətdir. Testlərin 3 dildə (Azərbaycan, rus və ingilis) hazırlanmasının nəzərdə tutulduğunu qeyd edən R.Mahmudova imtahan üçün 50 sualın təqdim olunacağını vurğulayıb:
“Suallar bütün mövzuları əhatə edəcək və hər bir mövzu üzrə eyni sayda sual seçiləcək. İmtahan nəticələri 100 ballıq sistemlə hesablanaraq qiymətləndiriləcək. İmtahanın nəticələrini dərhal çap etmək mümkün olacaq”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL