Azərbaycanda işıq və səs sistemləri sahəsində ixtisaslaşan dünyanın aparıcı şirkətlərinin peşəkar forumu keçirilib
Bakıda Rusiyanın "AV Fokus" şirkətinin peşəkar forumu keçirilib. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "Panasonic", "HARMAN", "Mitsubishi Electric", "Flipbox" şirkətlərinin nümayəndələri yerli bazara təqdim etməyə hazır olduqları məhsullar haqda təqdimatlar keçiriblər.
Forum çərçivəsində "Panasonic" şirkətinin nümayəndəsi Vadim Deryuqin 2013-cü ildə İT məhsullar bazarına çıxarılacaq peşəkar displeylər, proyektorlar haqda ətraflı məlumat verib. "Artıq proyektorların istifadə sahəsi xeyli genişlənib, onlardan təhsil sistemində, kinoda, sərgilərdə, muzeylərdə istifadə edilir. Yaxın üç il ərzində 3 min Lm-dən artıq işıq axınına malik olan proyektorlara tələbat daha çox olacaq.
Bu il biz bazara simsiz idarə edilən, interaktiv, 3-4 çipli, qısafokuslu proyektorlar təqdim edəcəyik. Bu proyektorlarda işıq itkisinin qarşısını alan xüsusi filtrlərdən istifadə edilir. "Panasonic"in təqdim etdiyi panoram proyektorlar artıq Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində təşkil edilmiş "Euroclub"da uğurla istifadə edilib, eyni zamanda Pekində keçirilən Olimpiya Oyunları zamanı da xüsusi effektlərə nail olmaq üçün bu avadanlıqlardan istifadə edilib.
Bizim interaktiv proyektorlar hətta "Multi Tac" funksiyasını da dəstəkləyir və prezentasiya zamanı interaktiv lövhədə hər hansı məlumatları dairəyə almaq olar", - deyə V. Dryuqin bildirib. "Mitsubishi" şirkətinin nümayəndəsi Mixail Nevzorov "Geniş çeşidli korporativ məsələlər üçün innovativ displeylər", "Harman" şirkətinin peşəkar sistemlərin satış üzrə mütəxəssisi Qriqoriy Parovichnikov "Səs industriyasının müasir tendensiyaları", "Flipbox" şirkətinin nümayəndəsi Elena Novikova " Biznes kommunikasiyalarının "Rəqəmli pəncərəsi" mövzusunda təqdimatlarla çıxış ediblər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL