Rusiya şirkəti hökumət və özəl qurumları “Flipbox” sistemi ilə təmin etməyə hazırdır
Rusiyanın "Polymedia" şirkəti Azərbaycan hökumət orqanlarında və özəl korporativ sektorda geniş istifadə edilə bilən "Flipbox" sistemini təqdim etməyə hazır olduğunu bildirib.
Bakıda keçirilən "AV Fokus" peşəkar forum çərçivəsində "Polymedia" şirkətinin nümayəndəsi Elena Novikovanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sistem hökumət orqanlarında və özəl korporativ sektorda dispetçer zallarının, situasiya zallarının, müəssisə rəhbərinin danışıq otağının təchiz edilməsi üçün geniş istifadə edilə bilər.
"Adətən danışıqlar zamanı müəssisə rəhbərləri bir sıra qeydlər edirlər, sxemlər çəkirlər və s., lakin bütün bunlar kağız üzərində və ya lövhədə edilir və bu məlumatları sistemli şəkildə saxlamaq olmur. "Flipbox" isə danışıqlar prosesi zamanı edilən bütün qeydləri, çizilən sxemləri interaktiv lövhədə həyata keçirməyə və onları onlayn rejimində elektron poçt vasitəsilə istənilən ünvana göndərməyə, fləş-yaddaşa yazmağa, videokonfrans vasitəsilə hər hansı layihənin digər iştirakçılarına da nümayiş etməyə imkan verir. "Flipbox"un daha bir üstünlüyü onun lövhələrində yazılan bütün qeydlərin və sxemlərin qurğu söndürüldükdə silinməsidir, bu da danışıqlar haqda məlumatların məxfiliyini qoruyur. Sistem xüsusi istehsal edilən interaktiv lövhədən və onun funksionalını təşkil edən softdan və videokonfrans avadanlığından ibarətdir", - deyə E. Novikova bildirib.
Qeyd edək ki, hazırda şirkət 55 düym və 65 düym ölçüsündə interaktiv lövhələr təqdim edir, onların da qiyməti 11-13 min manat təşkil edir.
Şirkətin təqdim etdiyi situasiya və dispetçer mərkəzləri Rusiyanın bəzi vilayətlərinin qəbul otaqlarında, munisipal orqanlarda və prezident rezidensiyasında, təhsil müəssisələrində istifadə edilir. Qeyd edilən interaktiv sistem tədbirdə iştirak edən Azərbaycan dövlət orqanlarının nümayəndələrinin marağına səbəb olub.
AYNUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL