waplog

ABŞ insan beyninin iş fəaliyyətini vizuallaşdıracaq


ABŞ prezidenti Barak Obama “BRAIN” (Brain Research through Advancing Innovative Neurotechnologies – ən qabaqcıl neyrotexnologiyalar vasitəsilə beynin öyrənilməsi) adlanan yeni tədqiqat proqramına start verildiyini bəyan edib.

"BRAIN – bu, insan dərrakəsi barədə təsəvvürü dəyişdirmək və alsqeymer xəstəliyi, şizofreniya, autizm, epilepsiya və kəllə-beyin travmaları daxil olmaqla, baş-beyin xəstəliklərinin yeni müalicə və profilaktika üsullarını tapmaq üçün nəzərdə tutulmuş yeni proqramdır" – Ağ Evin rəsmi məlumatında bu cür yazılıb.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ABŞ hökuməti “BRAIN” proqramı vasitəsilə yeni texnologiyaların inkişafını sürətləndirməyi planlaşdırır. Yeni texnologiyalar sayəsində alimlər mürəkkəb neyron şəbəkələrinin təsvirini formalaşdıra və real vaxt rejimində insan beyninin hüceyrələrinin qarşılıqlı fəaliyyət proseslərini vizuallaşdıra biləcəklər.

Nəticədə insan beyninin iş fəaliyyəti daha yaxşı araşdırılmış olacaq. İnsan beyni kainatda ən mürəkkəb strukturdur. O, 125 trilyon sinapsdan ibarətdir. Sərt diskdə verilənlər sabit vəziyyətdə saxlanılır. Beyin isə məlumatı neyronlar arasındakı mövcud mürəkkəb əlaqələr vasitəsilə yadda saxlayır. Beynin həcmi təxminən 2.5 PB-dir (milyon qiqabayt).

Barak Obama kommersiya şirkətlərini, elmi-tədqiqat institutlarını, elmi cəmiyyətləri və filantropları “BRAIN” təşəbbüsünə qoşulmağa səsləyib. Proqramın əsas vəzifəsi insan beyninin iş fəaliyyətini və xəstəliklərin qarşısını almağı araşdırmaqdır. “BRAIN” proqramına ilkin investisiya qoyuluşunun həcmi 100 milyon dollar təşkil edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL