“Mitsubishi Electric” Azərbaycana təhlükəsizlik monitorinqi və situasiya mərkəzlərinin təchizatı üçün videodivarlar təklif edir
"Mitsubishi Electric" şirkəti Azərbaycana təhlükəsizlik monitorinqi və situasiya mərkəzlərinin təchizatı üçün DLP-kub və maye-kristal panelli videodivarlar təqdim edib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Bakıda keçirilən "AV Focus" peşəkar forum çərçivəsində şirkətin nümayəndəsi Mixail Nevzorov bildirib ki, bu displeylər vətəndaşlara xidmət edən dövlət orqanlarının və iri şirkətlərin gözləmə otaqlarında, elektron növbənin, sosial məlumat yayımının, xəbər yayımının və s. təşkili üçün nəzərdə tutulub.
"Hazırda bu displeylər 50 düym ölçüsündə təqdim edilir, bu ilin sonuna qədər isə onlar artıq 80 düym ölçüsündə bazara çıxarılacaq. Biz Azərbaycanın hökumət orqanlarına svetoid lampalarla təchiz edilmiş DLP-kub videodivarlar təqdim etməyə hazırıq. Bizim ümumi satışlarımızın 90%-i bu məhsulların payına düşür. Bizim videodivarlarımız qiyməti digər şirkətlərin, misal üçün, "Samsung" şirkətinin oxşar məhsullarının qiymətlərindən 30% yuxarıdır, lakin onlar daha geniş funksionallığa malikdirlər və daha ciddi layihələrdə istifadə edilmək üçün nəzərdə tutulub. Siz iri əyləncə mərkəzini təchiz edirsinizsə, onda "Samsung"un ucuz displeyləri ən məqsədəuyğun həldir, lakin təhlükəsizlik monitorinqi mərkəzinin, situasiya mərkəzinin təchizatı üçün "Mitsubishi Electric"in panel videodivarları ən münasib variantdır", - deyə o bildirib.
M. Nevzorov həmçinin, şirkətin geniş çeşiddə təklif etdiyi ultrafokuslu, interaktiv, HDMİ dəstəkləyən proyektorları, "Wi-Fi" üzərindən təqdimatlar keçirməyə imkan verən və planşetdən idarə edilən "bulud"lu (simsiz) proyektorları yerli bazara təqdim etməyə hazırdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL