waplog

Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib


3 aprel 2013-cü il tarixində Azərbaycan Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib.

Kosmik Məsələlər üzrə Şuranın sədri akademik Arif Paşayevin rəhbərliyi ilə keçirilən və bir sıra hökumət nümayəndələrinin, o cümlədən Kosmik Proqramın məsləhətçisi akademik Roald Saqdeyevin də iştirak etdiyi iclasda Azərbaycanın ilk telekommunikasiya peyki, “Azerspace-1”-in orbitə buraxılması və bütün sınaqları uğurla tamamlayaraq kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətə gətirilməsi respublika üçün əlamətdar hadisə kimi qiymətləndirilib.

İclasda müvafiq olaraq 2015-2016-cı illərdə orbitə buraxılması nəzərdə tutulan aşağıorbitli və ikinci telekommunikasiya peyk layihələrinə dair ətraflı müzakirələr aparılaraq, bu istiqamətdə tövsiyələr verilib.

Bununla yanaşı, yaxın gələcəkdə Azərbaycanda universal yerüstü stansiyanın qurulması və digər operatorların region üzərindən keçən yüksək ayırdetməli peyklərdən təsvirlərin qəbulunun regional bazarda optik və radar təsvirlərə olan tələbatı ödəməsi istiqamətində görülən işlərdən danışılıb, eyni zamanda, həyata keçirilməsi planlaşdırılan bir sıra digər kosmik layihələrin icrası istiqamətində aidiyyəti üzrə təkliflər verilib, həmçinin bəzi təşkilati məsələlərə baxılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL