TQDK əməkdaşlarının iştirakı ilə Qazaxıstanda elektron təhsil üzrə müzakirələr aparılıb
Astanada "Təbiət-riyaziyyat istiqamətli fənlər üzrə yeni tipli dərsliklərin hazırlanmasına konseptual yanaşmalar: təcrübə və inkişaf meyilləri" mövzusunda keçirilən Beynəlxalq müşavirədə elektron təhsil (e-learning), o cümlədən elektron dərsliklərin hazırlanması üzrə müzakirələr aparılıb.
Böyük Britaniya, Rusiya Federasiyası, Polşa, Rumıniya, habelə Belarus və Qazaxıstan respublikalarının dərslik nəşri ilə məşğul olan nəşriyyatlarının nümayəndələri və dərslik müəllifləri, o cümlədən Kembric Universiteti, Makmillan və Pirson kimi Avropa nəşriyyatlarının nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Afiqə Batıyeva və sektor müdiri Cavanşir Orucov təmsil ediblər.
Komissiyadan qeyd edilib ki, müşavirədə Kembric Universiteti nəşriyyatının təbiət-riyaziyyat istiqamətli dərsliklərin hazırlanması təcrübəsi, dünya standartlarına uyğun dərsliklərin hazırlanmasında Macmillan və Pirson nəşriyyatlarının dünya təcrübəsi, müasir dərsliklərin məzmununun seçilməsi və qurulması, onların tərtibinə qoyulan psixoloji tələblər, təhsil prosesində elektron tədris vasitələrinin istifadəsi perspektivləri, rəqəmli tədris vasitələrinin keyfiyyətinin təmin olunması problemləri və onların həlli yolları, keyfiyyətli elektron dərsliklərin hazırlanması texnologiyası, prinsipləri ilə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq üçün perspektivlər müzakirə olunub.
Müşavirədə orta məktəb dərsliklərinin elmi-metodiki monitorinqi və aprobasiyası məsələləri də müzakirə obyekti olmuşdur.
A.Batıyeva TQDK tərəfindən respublikanın ümumtəhsil məktəblərində istifadədə olan dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin keçirilməsi mexanizmi haqqında məlumat verib. Bu məlumat böyük maraq doğuraraq, Qazaxıstanda gələcəkdə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin təşkilində TQDK-nın təcrübəsinə istinad ediləcəyi bildirilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL