waplog

Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq


Bakıda intellektual idarəetmə sisteminin tətbiqi istiqamətində işlər davam edir. Layihə nəinki sərnişin daşıyan nəqliyyat vasitələrinin işini tənzimləyəcək, həmçinin, yollarda təhlükəsizliyin təmini baxımından da müstəsna rol oynayacaq.
Sistem vasitəsi ilə tıxac problemi aradan qaldırılmaqla yanaşı, avtomobillərin parklama işini də tənzimləmək mümkün olacaq. Belə ki, artıq maşınları harda gəldi, necə gəldi saxlamaq mümkün olmayacaq. Qaydaları pozan sürücülərin dövlət nömrə nişanları kameralar vasitəsi ilə mərkəzə ötürüləcək.
Layihə çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək.
Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi aparılacaq. İntellektual sistem 150-yə yaxın elektron tipli yeni işıqforların quraşdırılmasını da nəzərdə tutur.
Nəqliyyatın intellektual idarəetmə sistemi Heydər Əliyev prospektində yerləşəcək. Artıq binanın tikintisi sona çatmaq üzrədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL