waplog

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndəsi ilə zəruri virtual şəraitin təşkil olunması məsələsi müzakirə olunub


Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzvü və iki yüzdən artıq prokurorluq əməkdaşının fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş ofisinin nümayəndəsi xanım Yanne Holst Hübner Bakıda işgüzar səfərdə olub.

«ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, səfər çərçivəsində xanım Y.Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirib, quruma fərdi üzv qəbul edilən prokurorluq əməkdaşlarına assosiasiyanın üzvlük vəsiqələrini təqdim edib.

Təmsil olunduğu qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi mühüm töhfələri və görülən digər səmərəli işləri yüksək qiymətləndirib.

Tədbirlərdə beynəlxalq səviyyədə əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan BPA-nın veb-saytının rus dilində olan versiyasının təkmilləşdirilməsinə, zəruri virtual şəraitin təşkil olunmasına, eləcə də prokurorluq əməkdaşlarının saytdan daha səmərəli şəkildə istifadəsinə dair müzakirələr aparılıb.

Görüşlərdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL