Şirvan şəhərinin şəhərsalma kadastrı hazırlanacaq
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin büdcə vəsaiti hesabına Şirvan şəhərində Dövlət Şəhərsalma kadastrı yaradılacaq.
"ICTnews" elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, bu məqsədlə işlərin satınalınması üzrə keçirilən açıq tenderin nəticələrinə əsasən iddiaçı təşkilatların arasından, "İnteqris" MMC-nin daxil olduğu konsorsium qalib elan edilib. Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması üzrə işlərin aparılması ilə əlaqədar "İnteqris" MMC ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında 11 fevral 2013-ci il tarixində icra müddəti 30 ay olan müqavilə imzalanıb.
Bununla yanaşı, komitədə görüləcək işlərin təşkili ilə bağlı qalib təşkilat "İnteqris" MMC və onunla bir konsorsiumda iştirak edən Litva Respublikasının "HNİT-BALTİK" QSC və "Vilniaus hianas" bələdiyyə müəssisəsinin aidiyyəti nümayəndələri ilə işgüzar görüş keçirilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL