waplog

“Azercell Telekom” “4G” şəbəkəsində səsli xidmətlərin təşkilinə hazırlaşır


Azərbaycanın ilk "4G" mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti "4G" şəbəkəsi istifadəçilərinə səsli xidmətlərin göstərilməsinə hazırlaşır.

"Azercell Telekom"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu istiqamətdə işlərə artıq başlanılıb. "Səsin "4G" şəbəkəsi üzərindən daşınması faktiki olaraq İP üzərindən olduğu üçün hələ ki, yetərli keyfiyyət əldə olunmayıb.

Bu istiqamətdə texnologiyalar inkişaf etməkdədir. Lakin "4G" şəbəkəsinin istifadəçiləri üçün eyni anda səsli xidmətlərini də istifadə etmək imkanı var: səsli xidmətlər "4G" istifadəçisinə hiss etdirilmədən "2G" və ya "3G" şəbəkəsi vasitəsi ilə təqdim edilir.

Bu texnologiyanın 2013-cü ildə "Azercell" abunəçilərinə təqdim olunması planlaşdırılıb və bununla bağlı müəyyən hazırlıq işləri başladılıb", - deyə o bildirib. "4G" şəbəkəsində ilk səsli rabitə yaratmaq cəhdini 2011-ci ilin dekabrın 23-də "Ericsson" və "Qualcomm" şirkətləri uğurla nümayiş ediblər.

Bu bir şəbəkədə LTE şəbəkəsindən "3G/WCDMA" şəbəkəsinə kəsintisiz keçid vasitəsi ilə zəngin yerinə yetirilməsi olub. Bu il şirkətlər bu xidmətləri kommersiya istifadəsinə buraxmaq niyyətindədirlər.

"MetroPCS" şirkəti isə LTE şəbəkəsində səsli xidmətlərin göstərilməsini təmin edib, SMS və MMS xidmətlərinin LTE platformasına keçidini isə təşkil etməyə hazırlaşır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL