waplog

“Apple”ın yeni qərargahının tikintisinə 5 milyard dollar xərclənəcək


"Apple"ın yeni qərargahının tikintisinə 5 milyard dollar xərclənəcək. Ekspert Piter Barrouz bildirib ki, yeni binanın dizayn və interyerində korporasiyanın banisi mərhum Stiv Cobsun bir çox ideyaları öz əksini tapacaq.

Cobsun fikrinə görə, arxitekturanın konsepsiyası "yenicə yerə enmiş kosmik gəmini xatırladacaq". Binanın ətrafında 300-dən çox ağac növündən ibarət nəhəng park salacaqlar.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, 12 min əməkdaş üçün nəzərdə tutulmuş yeni qərargahın tikintisi 2016-cı ildə başa çatdırılacaq.

"Apple"ın cari baş ofisi 2800 insan üçün hesablanıb, lakin orada nəzərdə tutulduğundan bir neçə min artıq əməkdaş çalışır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL