Bakıda Dünya Mobil Texnologiyaları üzrə Gənclər Forumu keçiriləcək
29-30 aprel 2013-cü il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Xəzər İnvestisiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Dünya Mobil Texnologiyaları üzrə Gənclər Forumu” keçiriləcək.
“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə adıçəkilən nazirliyin məlumatında deyilir. Məlumatda bildirilir ki, mobil texnologiyalarının son nailiyyətləri artıq dünyanın istənilən nöqtəsində, istənilən iş və ya ev şəraitində müxtəlif biznes fəaliyyətləri ilə məşğul olmağa imkan verir.
Bütün bu inkişafa Azərbaycan da öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamı ilə bu ili “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan edib. Qeyd olunmalıdır ki, bütün bu inkişaf prosesinin mərkəzində hədəf olaraq gənclər dayanıb.
“Dünya Mobil Texnologiyaları üzrə Gənclər Forumu”nda müxtəlif ölkələrdən təcrübəli ekspertlər, mentorlar və mobil aplikasiyaları üzrə peşəkarların, o cümlədən mobil texnologiyalar ilə əlaqəsi olan müxtəlif peşə sahələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Forumun keçirilməsinə “ECAbit” (Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnoloji Parkları Şəbəkəsi) və “İnfoDev” (Dünya Bankı Qrupu daxilində olan Qlobal Əməkdaşlıq Proqramı) dəstək göstərib. Forumun keçirilməsində məqsəd - mobil texnologiyalar sahəsində gənclərin nailiyyətləri ilə tanış olmaq və mobil aplikasiyaların inkişafı vasitəsilə həyata keçirilmiş təcrübələri öyrənməkdir.
Forumda iştirak etmək istəyən gənclərin ərizə formasını 19 aprel 2013-cü il tarixədək doldurub “arustam@mys.gov.az” və “ayselh@momo.az” e-mail ünvanlarına göndərmələri xahiş olunur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL