“AzeriCard” prosessinq mərkəzi “PIN Set” xidmətini təqdim edib
"AzeriCard" prosessinq mərkəzi elektron bank kartlarının sahiblərinin rahatlığı üçün "PIN Set" xidmətini təqdim edib.
"AzeriCard"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, həmin xidmət banklara plastik kartları PİN kodsuz çap etmək, kart sahiblərinə isə istənilən vaxt bank filiallarında plastik kartı əldə edərkən PİN kodu öz istəklərinə uyğun təyin etmək imkanı yaradır.
Plastik kart çap olunan vaxtdan blokda qalır və yalnız PİN kodun təyin olunmasından sonra aktiv olunur. Bu, o deməkdir ki, PİN kod təyin edilməsindən əvvəl kartın məlumatlarını heç bir maliyyə əməliyyatlarında istifadə etmək mümkün olmayacaq.
Təkrar olunan (2222), bir-birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün plastik kartlarınıza bir cür PİN kodunu seçmək məsləhət görülmür.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL