waplog

İlk rübdə əlavə olaraq 161 015 sığortaolunan haqda məlumatların uçotunun təşkilinə başlanılıb


Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi şəxsi hesab açılmaqla, sosial sığorta şəhadətnamələri paylanılıb.

2013-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 427 089 nəfərə yüksəlib. Bu barədə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir.

Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,6 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 22,9 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,8 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,9 faiz təşkil edir.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixindən tətbiq olunan "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL