Mobil Göz Klinikası yaradıldı
Azercell Telekom MMC növbəti faydalı və orijinal layihəyə imza ataraq Mobil Göz Klinikası istifadəyə verir. Səyyar klinika məxsusi olaraq bu layihənin icrası üçün alınmış avtobusda fəaliyyət göstərəcək. Həmin avtobus gözlərin müayinəsinin aparılması üçün zəruri olan modern tibbi avadanlıqla təchiz olunub. Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etməkdir. Azercellin respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislər tərəfindən müayinə olunacaq, gözlərin qorunması üçün zəruri məsləhətləri alacaqlar.
Mobil Göz Klinikası Bakı başda olmaqla Azərbaycanın əksər rayonlarda uşaq və ahıllar evlərini, məktəbləri gəzəcək. Layihənin icrası Caspian Compassion Project tərəfindən reallaşdırılır. Bu qurum Azercell tərəfindən alınan avtobusun təchizatı, həkimlərin seçimi, klinikanın marşrutlarının müəyyənləşdirilməsi ilə məşğul olur.
Qeyd edək ki, Azercell 2 il öncə Mobil Diş Klinikasını yaradıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL