waplog

Litva İKT sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır


Litva Azərbaycanla İKT sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bəyan edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu gün Bakıda keçirilən Azərbaycan-Litva Biznes Forumu çərçivəsində çıxışında Litvanın baş naziri Algirdas Butkeviçius qeyd edib ki, Azərbaycanla Litva arasında fəaliyyət göstərən ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın uğurlu işi nəticəsində Litva şirkətləri Azərbaycanın müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

"Komissiyanın səmərəli fəaliyyəti sayəsində, hazırda Litva şirkətləri Azərbaycanda sənaye, energetika, kənd təsərrüfatı nəqliyyatı, turizm, informasiya texnologiyaları uğurla fəaliyyət göstərir. Gələcəkdə Litva şirkətlərilə toxuculuq, yeyinti, informasiya texnologiyaları sahəsində əməkdaşlıq etməkdə maraqlıdır", - deyə o bildirb.

Tədbirdə təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, ticarət üçün avadanlıq istehsalı, avtomobil hissələrinin satışı və digər sektorları təmsil edən Litva sahibkarları, həmçinin Klaypeda Azad İqtisadi Zonasının nümayəndələri iştirak edirlər. Litvanın İKT sektorunu əsasən bank üçün proqram təminatı, təhlükəsizlik sistemləri təklif edən "Forbis", "İdeal İnvent", "Alna Group", "İnta, İnfobalt Assosiasiyası", "İRAİDA" şirkətlərinin nümayəndələri təmsil edirlər.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL