“Hewlett-Packard” yığcam serverlər təqdim edib
“Hewlett-Packard” (HP) şirkəti “Moonshot” adlanan çox yığcam server xəttini təqdim edib. Ənənəvi serverlərlə müqayisədə “HP”-nin yeni həlli elektrik enerjisinə 89% qənaət edir.
“Moonshot” serverlərinə “Intel Atom” mikroprosessorlar xəttindən tutmuş, Britaniyanın “ARM” şirkətinin ən yeni server çiplərinə qədər istənilən konfiqurasiyanı quraşdırmaq mümkündür.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Moonshot”u elan etməklə “HP”-nin baş direktoru Meq Uitmen hələ də onların “Dell”, “IBM” və “Oracle” kimi şirkətləri qabaqlayaraq qabaqcıl məhsullar istehsal etməyə qadir olduğunu göstərmiş olub.
2011-ci ilin sentyabrından “HP”-yə rəhbərlik etməyə başlamış Uitmen şirkətin dirçəlişi üçün aktiv tədbirlər görür. Onun rəhbərliyi dövründə 30 min əməkdaş ixtisar edilib, “webOS” platforması “LG” şirkətinə verilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL