waplog

Latviyada elektron ID-kartlar tətbiq edilib


Latviya ərazisində elektron identifikasiya (ID) kartlarının tətbiqi üzrə layihə başa çatıb. İndi bu ölkənin hər bir vətəndaşı və ya burada daimi yaşayan sakini elektron dövlət xidmətlərindən istifadə və Avropa üzrə maneəsiz hərəkət üçün ID-kart ala bilər.

"Cnews" saytının məlumatına görə, yazır. elektron ID-kartların tətbiqində hökumətin məqsədi təhlükəsizliyin artırılması, Latviya vətəndaşları və daimi sakinlər üçün daha rahat xidmətlərin yaradılması olub. ID-kartların əsas üstünlüyü kart sahiblərinə elektron hökumət xidmətlərindən və kommunal xidmətlərdən istifadəyə, habelə müqavilə, bəyannamə kimi rəsmi sənədləri imzalamağa imkan verən elektron imzanın olmasındadır. Kartların funksionallığı ölkədə keçiriləcək elektron səsvermədə də tətbiq olunacaq.

Latviya hökuməti 2011-ci ildə qanunvericiliyə düzəlişlər edib və bunun sayəsində şəxsiyyəti təsdiq edən yeni sənəd növü (ID-kart) pasport kimi eyni hüquqi statusa malikdir.

Layihə Latviya Vətəndaşlıq və Miqrasiya İşləri üzrə Dövlət İdarəsinin sifarişi əsasında şəxsiyyəti müəyyənləşdirmə və ödəniş və identifikasiya kartlarına xidmət göstərmə sahəsində ixtisaslaşan X INFOTECH şirkəti tərəfindən həyata keçirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL