waplog

Amerikalı yeniyetmələr bu smartfona üstünlük verirlər


"Piper Jaffray" analitik şirkətinin keçirdiyi tədqiqata əsasən, amerikalı yeniyetmələrin 48%-i "Apple" smartfonundan istifadə edir, 62%-i gələcəkdə sözügedən qurğunu almaq niyyətindədir. Ötən illə müqayisədə adıçəkilən aparatın gənc istifadəçilərinin sayı 8% artıb.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "iOS" (59%) və "Android" (21%) yeniyetmələr arasında ən populyar mobil əməliyyat sistemləridir. "Piper Jaffray" analitik şirkətinin hesabatına əsasən, planşetlər getdikcə populyarlaşır.

Rəyi soruşulanların 51%-i planşetə malikdir. Ötən il bu göstərici 44% olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL