waplog

Küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələr vurulur


Bakının və respublikamızın digər şəhərlərinin küçə və prospektlərində binalara Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi və müasir dizaynlı lövhələrin vurulması işlərinə başlanılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, cari il yanvarın 1-dən ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri həyata keçirilir.

Yeni qaydalara əsasən, ünvanların verilməsi işlərinə başlanmazdan əvvəl Azərbaycanda milli ünvan reyestrinin informasiya sistemi hazırlanıb. Bu sistem ölkə üzrə ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malik olacaqdır. Ölkədə mövcud olan ünvan məlumatlarının vəziyyəti və problemlər hərtərəfli təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilib.

Cari ilin aprelindən Bakı şəhərində mövcud olan küçə, prospekt, xiyaban, meydan və digər nəqliyyat infrastrukturu obyektləri üzrə yeni qaydalar əsasında verilmiş ünvanlara uyğun olaraq hazırlanmış ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb.

Bakı şəhəri üzrə 2500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılacaq. Bu işlərin icrası 2013-cü il ərzində respublikanın digər şəhər və rayonlarını da əhatə edəcəkdir. Ünvan lövhələrinin quraşdırılması işləri mərhələlərlə başa çatdıqdan sonra mütəmadi olaraq vətəndaşlara, dövlət təşkilatlarına, hüquqi şəxslərə, həmin ərazidə yaşayan sakinlərə yeni ünvanları barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq qaydada ətraflı məlumatlar veriləcək.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL