ADİU-da Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzi yaradılacaq
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzi (TISC) yaradılacaq.
“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə universitetin məlumatında deyilir. Məlumatda bildirilir ki, bu mərkəz təkcə ADİU-da deyil, eləcə də digər ali məktəb və elmi tədqiqat institutlarında əqli mülkiyyət sahəsində tədrisin və elmi tədqiqatların keyfiyyətinin artırılmasında böyük rol oynayacaq.
Belə ki, mərkəzdə istifadəçilər müvafiq internet resurslarından istifadə etmək və xüsusi məlumat bazalarına çıxış əldə etmək imkanı qazanacaqlar ki, bu da milli maddi-texniki bazanın, xüsusilə “know-how” texnologiyasının tətbiqi üçün potensialın yaradılması, ölkəyə texnologiya transferinin artırılması istiqamətində müvafiq elmi tədqiqatlar üçün şərait yaradılması, eləcə də müəllif hüquqlarının qorunması, istifadə olunması və idarə edilməsi sahəsində maarifləndirmə işinin güclənməsinə böyük töhfə olacaq.
Bir sözlə, mərkəz innovasiya texnologiyaları haqqında əhəmiyyətli internet saytlarına çıxışı təmin edən, patent qanunvericiliyi və prosedurları, elmi və tekniki jurnallar, ticarət markaları və ÜƏMT-nin fəaliyyət predmetinə daxil olan digər məsələlər üzrə zəngin məlumat bazası qismində fəaliyyət göstərəcək.
Qeyd edək ki, ÜƏMT-in Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin (TISC) əsas məqsədi, inkişaf etməkdə olan ölkələrdə yerli tədqiqatçıların yüksək keyfiyyətli məlumatlara və aidiyyəti xidmətlərə çıxışlarının təmin olunmasından ibarətdir. TISC-lər əsas etibarilə milli və yaxud regional patent ofislərində, elmi-tədqiqat mərkəzlərində, yerli və regional texnoparklarda, ticarət palataları, o cümlədən universitet və akademik institutlarda yaradılır.
Məlumat üçün bildirək ki, müəllif hüquqlarının qorunması və sənaye mülkiyyəti üzrə milli dövlət qurumları ilə əməkdaşlıq edən ÜƏMT bu vaxta qədər dünyanın 30 ölkəsində (Əlcəzair, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kosta-Rika, Kuba, Dominikan Respublikası, Ekvador, Misir, Gürcüstan, Efiopiya, Qvatemala, Honduras, Kenya, Qırğızıstan, Madaqaskar, Mərakeş, Mozambik, Niger, Nigeriya, Panama, Filippin, Rusiya, Seneqal, Suriya, Toqo, Tunis, Uruqvay, Vyetnam, Zimbabve) TISC-lərin yaradılmasına dəstək göstərib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL