Tezliklə Badamdarda yeni ATS istifadəyə veriləcək
Badamdar sakinlərinin telefon tələbatını ödəmək üçün inşa edilən stansiyada aparılan işlər vaxtından əvvəl başa çatacaq. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin İnformasiya texnologiyaları laboratoriyasının rəisi Faiq Hüseynov məlumat verib.
O bildirib ki, sözügedən stansiyada bir stativ qoyulub. Laboratoriya rəisinin sözlərinə görə, onun vasitəsi ilə maksimum 1888 abunəçiyə xidmət göstərmək mümkün olacaq. Bu avadanlığın da tələbata əsasən quraşdırıldığını önə çəkən F.Hüseynov əlavə edib ki, yeni quraşdırılan bu qurğular bütün xidmətlərin hamısını dəstəkləyir. Yəni abonentlərin istəyindən asılı olaraq onlara həm ADSL vasitəsi ilə internet, həm İP TV, həm videotelefon, həm də adi danışıq xidməti göstərilə bilər.
F.Hüseynov bildirib ki, stansiyada quraşdırılan texnologiyaların hamısı yeni - NGN texnologiyasıdır. Bu da abonentlərə xidmətlərdən istifadə ilə bağlı böyük üstünlüklər verir: «Stansiya qoyulsa da, hələlik xətt qurğuları tam hazır deyil. Hazırda onun üzərində gücləndirilmiş iş gedir. Biz planlaşdırırıq ki, orada işi tam olaraq may ayının 10-na qədər bitirək və abonentlər istifadə edə bilsin. Lakin sürətləndirilmiş iş qrafiki əsasında aparılan işlər nəticəsində, yəqin ki, işlər daha tez başa çatacaq. Qeyd edim ki, bu stansiyanın tikilməsinə böyük tələbat var idi. Çünki abonentlər çoxlu müraciət etmişdilər. Stansiya əsasən Badamdarda yeni tikilən həyət evlərini əhatə edəcək. Orada məskunlaşan sakinlər həm telefon, həm də internet xidmətlərindən istifadə etmək istəyirlər. Ona görə də tələbi nəzərə alaraq stansiyanın inşası dövlət proqramına salınmışdı».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL