“Acer” şirkəti hibrid ultrabuk istehsal edəcək
İnternetdə yayılmış məlumata əsasən, "Acer" şirkəti tezliklə "Windows 8" əməliyyat sistemi ilə işləyən "Aspire P3" hibrid yığcam kompüterini təqdim edəcək.
Məlumata əsasən, "Aspire P3"-dən klaviaturalı ultrabuk və sensor idarəetməyə malik planşet kimi istifadə etmək olar.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, aparatın əsasını "Intel Ivy Bridge" platforması təşkil edir. "Aspire P3"-in sensor ekranının diaqonalı 11,6 düym, təsvir ölçüsü isə 1600×900 pikseldir. Leptop 32-128 QB həcmində fləş-daşıyıcı ilə təchiz ediləcək. Hibrid ultrabukun digər texniki xüsusiyyətləri açıqlanmır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL