İT şirkəti yüksəkmaaşlı işə dəvət edir
Azərbaycanın telekommunikasiya və informasiya texnologiyaları sahəsində 2000-ci ildən fəaliyyət göstərən «Delta Telecom» şirkəti vakansiyalar elan edib.
Şirkətdən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, 3 istiqamətdə yüksək əməkhaqqısı olan vakansiyalar mövcuddur. Şirkətin boş olan vəzifələrinə satış meneceri, mühəndis mexanik, hüquqşünas, İT mühəndisi, İT texniki daxildir.
«Delta Telecom»da çalışmaq istəyənlərdən tələb olunan keyfiyyətlərə isə üç dildə danışıq qabiliyyətinin olması, müvafiq vəzifələr üzrə iş təcrübəsinin mövcudluğu, müştərilərlə ünsiyyət və onların tələblərinə uyğun təkliflərin hazırlanması kimi qabiliyyətlərə malik olmalarıdır.
«Delta Telecom» bildirir ki, sözügedən vəzifələr üzrə əməkhaqları 600$-dan 1500$-a qədərdir. Maraqlananlar öz cv -lərini “hr@delta-telecom.net” ünvanına göndərə bilərlər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL