Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
Azərbaycan beynəlxalq pul göndərişləri üzrə STEFİ (Secured Transfer of Electronic Financial Information) sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir. “Azərpoçt” MMC-nin ödəniş xidmətləri şöbəsinin rəis müavini Təranə Səlimovanın İCTNews-ə verdiyi məlumata görə, hazırda ölkəmizin STEFİ-nin təcili pul köçürmələri əməliyyat sisteminə qoşulması istiqamətində işlər yekunlaşmaq üzrədir.
Bu da vətəndaşa elə həmin gün ödəniş etməyə imkan verəcək. Hazırda Ukrayna ilə qarşılıqlı test əməliyyatları həyata keçirilir. Ümumilikdə təqribən 30-a yaxın dövlətin poçt müdiriyyəti STEFİ sisteminə qoşulub. Gələcəkdə Azərbaycanın bu ölkələrlə də təcili pul köçürmələri həyata keçirməsinə imkan yaranacaq. Dünya Poçt İttifaqının məlumatına görə, bu sistem vasitəsilə pul göndərişlərinin mübadiləsi 48 ölkə arasında həyata keçiriləcək.
Qeyd edək ki, ölkəmiz poçtla Pribaltika respublikaları, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Tacikistanla Beynəlxalaq Poçt Barat sistemi vasitəsilə mübadilə həyata keçirir ki, bu da təqribən iki ay çəkir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL