waplog

Rusiya şirkəti məlumatların qorunması istiqamətində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir


Rusiyanın korporativ məlumatların itkisinin qarşısını alan sistemlər bazarının iştirakçısı, "InfoWatch" şirkətlər qrupu, MDB ölkələri bazarında iştirakını genişləndirəcəyini bildirib.

"ICTnews" xəbər xidmətinin "CNews"a istinadən verdiyi məlumata əsasən, 2013-cü ildən başlayaraq "InfoWatch"in nümayəndələri məlumatların qorunması istiqamətini Azərbaycanda, Qırğızıstanda, Belarusda, Qazaxıstanda, Moldovada, Özbəkistanda və Ukraynada inkişaf etdirmək niyyətindədir.

Şirkətin bu addımı "InfoWatch"un regional siyasətinin reallaşdırılması istiqamətində həyata keçirilən və MDB bazarlarına aktiv ekspansiyanın növbəti mərhələsidir. «Bu istiqamətdə görülən uğurlu işlər qanunvericiliyin lokal tənzimləyici normaları sahəsində biliklərdən, sahə standartlarından, ən çox inkişaf etmiş biznes modellərindən asılıdır, buna görə də regional bazarlar individual yanaşma tələb edir», — "InfoWatch"dən bildiriblər.

"InfoWatch"un menecerlərinin üzərinə bazarların araşdırılması, müştəri bazasının inkişafı, mövcud sifarişçilərin tələbatlarına və sorğularına operativ cavabı və "Enterprise" və "SMB" seqmentlərində şirkətin məhsullarının mövqelərini möhkəmlətməsi üzrə strategiyaya uyğun olaraq tərəfdaş şəbəkəsinin inkişafı düşür.

«MDB ölkələrində satışların gücləndirilməsi biznesin uğurlu inkişafının və bu regionlarda sifarişçilərin sayının artımının nəticəsi olub. MDB ölkələrində informasiya texnologiyaları sahəsi inkişaf mərhələsi yaşayır, getdikcə daha çox şirkət məlumatların məxfiliyinin qorunması üzrə effektiv sistemlərə olan tələbatı dərk edir. Bizim konsepsiya sifarişçilərə, lokal bazarların spesifikasını və onların biznesinin fərdi tələbatlarını nəzərə alan tam funksional DLP-həll təqdim etməkdən ibarətdir. Qlobal mənada biz, mövcud və potensial sifarişçilər ilə effektiv və daimi qarşılıqlı əlaqə vasitəsi ilə məlumatların İT-təhlükəsizlik səviyyəsini artırmağa çalışırıq", - deyə "InfoWatch" şirkətinin satış üzrə rəhbəri Konstantin Levin deyib. 

AYNUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL