waplog

Azərbaycanda “Sterilizasiya məqsədli güclü qamma qurğuları” üzrə laboratoriya yaradılır


2013-cü il may ayında AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov və elmi müəssisənin bir qrup əməkdaşı Avstriyanın Vyana şəhərində olacaqlar. Səfərdə məqsəd Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada yerləşən mənzil-qərargahında keçiriləcək görüşdə iştirak etməkdir.

Belə ki, görüşdə RPİ-də yeni yaradılacaq "Sterilizasiya məqsədli güclü qamma qurğuları" kompleksinin dozimetrik və mikrobioloji laboratoriyasında işləyəcək mütəxəssislərin təqdimatı olacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Rəvan Mehdiyevin sözlərinə görə, görüşdə həmçinin sözügedən laboratoriyada istifadəsi nəzərdə tutulan avadanlıqların seçimi aparılacaq.

Eyni zamanda həmin mütəxəssislərin qeyd edilən laboratoriyanın işinin təşkili üzrə Rumıniya və digər ölkələrdə kurslar keçməsi planlaşdırılır. Laboratoriyada istifadə olunacaq qurğuların 2013-cü ilin sonunadək Azərbaycana gətirilməsi nəzərdə tutulur.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL