waplog

Naxçıvanda Məhdud fiziki imkanlı insanlar üçün elektron kitabxana yaradılıb


Fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların informasiya texnologiyalarının imkanlarından istifadəsinə  hər cür şərait yaradılır. Bu mənadə ölkəmizdə məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması buna əyani misaldır. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində iki yeni xidmət istifadəyə verilib.

Nazirliyin Mətbuat Xidmətindən "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, Mərkəzdə server avadanlığı, çağrı mərkəzi, operator işçi yeri qurulub və müvafiq proqram təminatları hazırlanıb. Yeni xidmətlərdən biri görmə qabiliyyəti məhdud olanlar üçün audio kitabxana, digəri isə eşitmə məhdudiyyəti olanlar üçün elektron kitabxanadır.

Qeyd etmək lazımdır ki, məhdud fiziki imkanlılar üçün Azərbaycan Respublikasında ilk dəfə Naxçıvan Muxtar Respublikasında bu cür xidmətlər təşkil edilib. Muxtar respublikada yaşayan görmə qabiliyyəti məhdud insanlar 258 nömrəli telefona zəng etməklə Naxçıvan Regional İnformasiya Mərkəzinin kitabxanasında olan audiokitabları dinləyə biləcəklər. 258 nömrəli telefon 24 saat xidmət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-a kimi Mərkəzin operatoru tərəfindən, digər vaxtlarda isə sistem avtomatik xidmət göstərəcək. Zəng etmiş istifadəçiyə audiokitablar haqqında anons verilir və telefonun düymələri vasitəsilə istəyə uyğun audiokitab seçilərək dinlənilir.

Audiokitab bölmələrinə Azərbaycan poeziyası, Azərbaycan şifahi xalq ədəbiyyatı, müasir Azərbaycan ədəbiyyatı, klassik Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, dini ədəbiyyat, elmi-kütləvi əsərlər daxildir. Bu xidmətdən yalnız Mərkəzdə qeydiyyatda olan görmə qabiliyyəti məhdud insanlar istifadə edə biləcəklər. Digər nömrələrdən zəng edilməsi məhdudlaşdırılıb. Xidmətdən eyni anda 30 nəfər istifadə edə biləcək. Hazırda Mərkəzin serverində 108 auido kitab, 246 elektron kitab vardır.

Mərkəzdə fəaliyyət göstərən səs yazma studiyasında işə cəlb edilmiş, fiziki məhdud imkanlı şəxslərin fərdi qabiliyyətlərindən istifadə olunaraq yeni audio materiallar hazırlanıb serverdə yerləşdirilir. Elektron kitabxana isə M.S.Ordubadi adına Respublika Kitabxanasının və Naxçıvanşünaslıq Mərkəzinin elektron kitab fondu hesabına zənginləşdirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL