waplog

“Philips” şirkəti ən qənaətcil “LED” lampalar hazırlayıb


Avropanın elektronika istehsalçısı “Philips” şirkətinin iddiasına görə, o, ən qənaətcil “LED” lampanı hazırlayıb. Şirkətin nümayəndələrinin məlumatına görə, cümə axşamı nümayiş etdirilmiş lampa prototipi daha mövcud həllərlə müqayisədə iki dəfə az elektrik enerjisi sərf edir. Bu halda, yeni həll işıqlanmasına görə ənənəvi lampalardan geri qalmır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Philips”dən verilən məlumata əsasən, yeni lampa ofisdə ümumi enerji sərfiyyatını nəzərəçarpacaq dərəcədə azalda bilər.

Beynəlxalq Energetika Agentliyinin məlumatına əsasən, qlobal elektrik istehlakının 19%-i işıqlandırma cihazlarının payına düşür. Bundan başqa, şirkətdən bildirilib ki, onların hazırladığı yeni lampalar iş prosesində demək olar ki qızmır və yanğına səbəb ola bilməz. Yeni lampaların kütləvi istehsala 2015-ci ildə çıxarılacağı gözlənilir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL