Onlayn ödəniş et, bankdan hədiyyə qazan!
ASC "Xalq Bank"ı kommunal ödənişləri "www.xalqbank.az" saytı vasitəsilə onlayn həyata keçirən müştərilər üçün uduşlu lotereyaya start verib.
"ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, adıçəkilən saytda kommunal, rabitə, kabel televiziya, mobil operator və internet provayderlərin xidmətlərini ödəyən istifadəçilər lotereyada oynanılan qiymətli hədiyyələrə sahib ola bilərlər. Lotereyada "iPad mini", "Samsung Galaxy SIII mini", məhşur restoranların birində 2 nəfərlik şam yeməyi və yüzlərlə digər hədiyyələr öz sahibini tapacaq.
30 iyunadək davam edəcək lotereyanın uduşu iyul ayının 6-da keçiriləcək. Lotereya çərçivəsində həftəlik və aylıq uduşlu həvəsləndirici aksiyalar təşkil ediləcək. Qiymətli hədiyyələr qazanmaq üçün kommunal ödənişləri "www.xalqbank.az" saytında ödəmək, bonuslar toplamaq və bu bonusları lotereyada iştirak edəcək biletlərə dəyişmək kifayətdir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL