Rəqəmsal imzanın müxtəlif əməliyyat sistemlərində istifadə imkanı nəzərdən keçirilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müxtəlif əməliyyat sistemlərində və mobil qurğularda elektron imzadan istifadə üzrə təkliflər hazırlayır. Hazırda elektron rəqəmsal imzanın infrastrukturunun yaradılması üzrə işlər tam başa çatıb və sistem təcrübi istismara hazırdır.
Elektron rəqəmsal imzanın sertifikatlaşdırma xidmətləri mərkəzi nazirliyin Milli Hesablama Mərkəzində yerləşəcək. Bununla əlaqədar hazırda müvafiq iş aparılır. Bundan başqa, nazirlik tərəfindən Ehtiyat sertifikatlaşdırma xidmətləri mərkəzinin yaradılması imkanı nəzərdən keçirilir. Ümumilikdə rəqəmsal imzaların verilməsi üzrə üç mərkəz fəaliyyət göstərəcək ki, onlardan ikisi dövlət və özəl strukturların xidmətlərini yerinə yetirəcək, biri isə baş mərkəz olacaq.
Elektron imza xüsusi proqram təminatlı əsas sənədin yaranması hesabına əldə olunan rəmzlərin müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.
Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədə bərabər tutulur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL