waplog

Yeni texnologiyalar evdən çıxmadan kredit ödəməyə imkan verir


Azərbaycanda bütün sahələrdə olduğu kimi, bank sektorunda da elektronlaşma sürətlə genişlənir. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, artıq ölkədə banklardan alınan kredit borcunu yeni texnologiyadan istifadə etməklə daha rahat şəkildə ödəmək mümkündür.

«Banker.az»-ın ekspertləri hesab edir ki, bankda növbə gözləyərək vaxt itkisinə yol verməkdənsə, kreditə olan borcu «online» qeydiyyatdan və sifarişdən istifadə etməklə kredit ödənişini çox qısa zamanda həyata keçirmək daha sərfəlidir. Azərbaycanda yeni texnologiyaların geniş spektrdə tətbiqi, internetin surətli və keyfiyyətli olması imkan verir ki, ölkə vətəndaşları banka və yaxud filiallara yaxınlaşmadan qısa müddətdə, “MilliÖN”, onlayn-sayt üzərindən, bankomat, telefon bankçılığı vasitəsi ilə ödəniş etsinlər.

Ekspertlər bildirir ki, günün istənilən vaxtı «Paypoint» vasitəsi ilə kredit borcu ödənilə bilər. Burda əsas məqsəd vaxta qənaətdir ki, bunun üçün kredit ödənişlərini ölkənin müxtəlif yerlərində yerləşdirilmiş 600-ə yaxın “MilliÖN” ödəmə terminallarının köməyi ilə həyata keçirmək mümkündü.

Kredit ödənişlərini “Paypoint” ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün istifadəçiyə kredit aldığı banka yaxınlaşaraq "kredit İD" kodunu götürmək lazımdır.

Vətəndaşlar internet vasitəsilə kredit aldığı bankın səhifəsinə daxil olub, ordan uyğun bölməni -“Kreditin onlayn ödənişi” səhifəsini seçərək kredit ödənişini həyata keçirə bilər. Səhifəyə daxil olub, hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edərək ödəyəcəyiniz məbləği, kredit kartınızın məlumatlarını və təhlükəsizlik kodunu daxil etdikdən sonra lazımi krediti ödəmək olar. Vəsaiti köçürəndən sonra kredit üzrə borc müəyyən ediləcək və kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcəkdir.

Plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün isə həmin karta bağlı cari hesab nömrəsini bankda dəqiqləşdirmək lazımdır.

Qeyd edək ki, Azərbaycanda plastik kart vasitəsi ilə bankomatdan da kredit borcu ödəmək mümkündür.

Belə ki, kartdan ödənilən məbləğ silinəcək və borc ödəniləcək. Bunun üçün isə istifadəçiyə plastik kartın məlumatları, eyni zamanda ödəniləcək hesabın məlumatları lazımdır. Bütün bunlardan başqa kredit borcunu telefonla ödəmək mümkündür. Bunun üçün sadəcə olaraq telefondan, bankdan alınan kodu və plastik kartdan istifadə etmək olar.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL