Bakıda yeni universal taksofonlar qurulacaq
BTRİB paytaxtın taksofon parkını yeniləməkdə davam edir. Yeni texnologiyalar əsasında tamamilə yenidən qurulan park ən müasir taksofon aparatları ilə təchiz edilir.
Bu barədə BTRİB-in Bakı Avtomat Telefon Qovşağının rəisi Rəfalət Tarverdiyev məlumat verib. R.Tarverdiyevin sözlərinə görə, universal tipli taksofonlar həm kartla, həm də qəpiklə işlədiyindən əhali tərəfindən kütləvi şəkildə istifadə olunur. Buna görə də Birlik daha 50-100 ədəd universal taksofon almaq qərarına gəlib. İdarə rəisinin sözlərinə görə, yeni taksofonlar əsasən şəhərətrafı kənd və qəsəbələrə yerləşdiriləcək ki, bu da BTRİB-in Prezident İlham Əliyev cənablarının Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair məlum Fərmanının telekommunikasiya bəndinin icrası istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL