Yerli İT şirkəti virtual infrastruktur həlləri sahəsi üzrə yeni status alıb
Azərbaycanın İT sahəsində fəaliyyət göstərən "Ultra" şirkəti 2013-cü il "VMWare" şirkəti ilə tərəfdaşlıq statusunu yeniləmişdir. Şirkət "VMWare Professional Partner" statusuna layiq görülüb.
"Ultra" şirkətinin peşəkar mütəxəssisləri "VMWare" "VTSP" və "VSP 4-5" məhsulları üzrə ixtisaslaşaraq şirkətin virtual infrastruktur sahəsini gücləndirib. "VMWare" şirkəti, virtual infrastruktur bazarında aparıcı yer tutur.
Xüsusi populyarlıq əldə edən məhsullar: "VMW are Workstation", "VMWare server", "VMWare ESXServer", "VMWare Virtual Center", "VMWare ACE", "VMWare Player" və s. "VMWare" proqram təminatı, sistemin yükünü optimallaşdıraraq və idarəetmə çevikliyini artıraraq istifadəçiyə bir kompüterdə eyni anda bir neçə əməliyyat sistemlərini işə salmağa imkan yaradır.
Hesablama resurslarının virtuallaşdırılması böyük gələcəyə malikdir. Misal olaraq virtual klaster yaratmaq üçün "VMWare ESXServer"dən istifadə edərək eyni anda mövcud olan avadanlığın yüklənmə effektivliyini artırmaq, inzibatçılıq üzrə xərcləri aşağı salmaq və kritik səhvdən sonra sistemin yenidən bərpası üçün lazımi vaxt sərfiyyatını azaltmaq olar. Bundan əlavə virtuallaşdırma, elektrik enerjisinə və avadanlığın yerləşdirilməsi üçün zəruri olan yerə qənaət etməyə imkan verir.
"Ultra" şirkətinin "VMWare Professional Partner" yüksək tərəfdaşlıq statusunu əldə etməsi şirkətə, sifarişçilərə praktiki olaraq "VMWare"-nin bütün qabaqcıl həlləri təklif etməyə, lisenziya və texniki dəstək üzrə endirimləri təqdim etməyə, həmçinin ən son yenilənmələrə, proqram təminatı versiyalarına və lisenziyalara daxilolma hüququ ilə təmin etməyə imkan verir.
"Professional Partner VMWare" statusu, "Ultra" şirkətinə, sifarişçilərə serverlərin virtuallaşdırılması üzrə geniş spektrli işlər təklif etməyə və təchizatçı tərəfindən qoyulmuş həllərin texniki dəstəyi hesabına onların tələblərini tam şəkildə ödəməyə və sabit qiymət siyasəti aparmağa imkan verəcək.
Qeyd edək ki, "Ultra" bir neçə ildir ki, "VMWare" proqram məhsulları üzərində qurulan həlləri bir sıra dövlət qurumlarında və eləcə də iri maliyyə qurumlarında uğurla tətbiq edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL