İnformatika üzrə Ümumrespublika Olimpiadasının finalçıları bəlli olub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın 14 aprel 2013-cü il tarixində ilk mərhələsi keçirilib.
Olimpiadanın ilk mərhələsində respublikanın 13 ali təhsil müəssisəsindən 48 komanda iştirak edib.
Nəticələrə görə, Olimpiadanın ikinci (final) mərhələsinə respublikanın 9 ali təhsil müəssisəsindən 28 komanda vəsiqə qazanıb.
Olimpiadanın II mərhələsi 28 aprel 2013-cü il tarixində keçiriləcək.
Qeyd edək ki, Olimpiada qalibləri Azercell və Ultra şirkətlərinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. Yarışın gedişatını www.oplimpiada.az saytından izləmək mümkündür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL